Nfor iki gün sonra Neftçiyə qoşulacaq
15 sentyabr 2014 19:20
"Neftçi"nin zədəli hücumçusu Ernest Nfor hazırda müalicəsini davam etdirir. Azerisport.az xəbər verir ki, kamerunlu forvard hazırda Belçikadadı.
Onun iki gün sonra Bakıya, klubun düşərgəsinə dönməsi gözlənilir. Lakin futbolçunun növbəti turda "Qəbələ"yə qarşı oynayıb-oynamayacağı bəlli deyil.