AFFA rəmsisindən danışılmış oyunlarla bağlı təqdimat
15 sentyabr 2014 12:40
Xəbər verdiyimiz kimi, sentyabrın 13-dən etibarən Bakıda 19 yaşadək qızlardan ibarət komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Rəmiş Malıyev qrup oyunlarında iştirak edən Azərbaycan, Danimarka, Ukrayna və Kipr komandalarının üzvləri qarşısında danışılmış oyunlarla bağlı təqdimatla çıxış edib.
Təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdi. (AFFA)