Fortuna Eratsız xal itirdi
15 sentyabr 2014 01:00
Almaniyada Qərb Regional Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin U-23 komandası doğma meydanda "Kray"la qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Toğrul bu oyunda iştirak etməyib.
Qeyd edək ki, "Fortuna" hazırda 11 xalla 9-cu pillədə qərarlaşıb.