Millimizin Rusiya ilə oyunu canlı yayımda!
2 sentyabr 2014 11:34
Sentyabrın 3-də, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) Moskva şəhərindəki "Ximki Arena"da Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ölkəmizdə də canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, qarşılaşma AccessBank-ın sponsorluğu ilə "İdman Azərbaycan" televiziya kanalında azarkeşlərə təqdim olunacaq. (AFFA)