BFF prezidenti: Azərbaycan ilə oyun bizim üçün çox vacibdi
2 sentyabr 2014 15:40
Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycanla oyun bizim üçün çox vacibdi. Bizə qarşı Berti Foqtsun rəhbərlik etdiyi ciddi komanda mübarizə aparacaq. Şəxsən mən Azərbaycanla oyun öncəsi rahatam. Orada azarkeşlər çox fəaldılar. 10-12 min azarkeş tutumuna malik stadionda oynayacağıq. Bakıda bizə qələbə qazanmaq çox lazımdı".