Oleq Şatov: Azərbaycan çətin rəqibdi
2 sentyabr 2014 15:00
Rusiya yığmasının futbolçusu Oleq Şatov millimizlə keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi yığmamızın çətin rəqib olduğunu deyib:
"Yenidən milli komandada olduğum üçün şadam. Komandada yaxşı ab-hava var. Artıq dünya çempionatındakı çıxışımız unudulub. Azərbaycanla oyuna gəldikdə isə, onu deyə bilərəm ki, çətin rəqibdi və yaxşı sınaq matçı olacaq. Azərbaycanın necə möhkəm komanda olduğunu başa düşmək üçün elə onlarla sonuncu oyunumuzu xatırlamaq kifayətdi".
Qeyd edək ki, Rusiya - Azərbaycan qarşılaşması sabah "Ximki Arena"da keçiriləcək.