Neftçi Bruno Bertiççiyə azad agent statusu verməyə hazırlaşır
1 sentyabr 2014 14:21
"Neftçi" rəsmisi Tahir Süleymanov bəyan edib ki, komandanın müdafiəçisi Bruno Bertuççi paytaxt klubundan ayrıla bilər. Azerisport.az saytına açıqlamasında o, hazırda vətəni Braziliyada olan futbolçu ilə bağlı yaranan vəziyyəti belə şərh edib:
"Bertuççi Braziliyaya zədəsini sağaltmağa gedib. Futbolçu ilə klub rəhbərliyi arasında söhbət oldu və biz ona məsləhət gördük ki, özünə klub axtarsın. Onunla ilin sonuna kimi müqaviləmiz var. Lakin başqa kluba azad agent statusu ilə keçə bilər".