Akif İsmayılov: Qazon Qarabağın oyununa qədər hazır olacaq
29 avqust 2014 12:45
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov qazonun durumu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əslində, biz "Neftçi"nin Serbiya "Partizan"ı ilə cavab matçını qəbul etməyi planlaşdırmamışdıq. Havaların çox isti keçməsi səbəbindən stadionun qazonu korlanıb. Hazırda ingilis mütəxəssislər bu problemin həlli ilə məşğuldular. Qazonu əvvəlki vəziyyətinə qaytarmaq üçün vaxt lazımdı. Əgər "Qarabağ" qrup mərhələsindəki ilk oyununu oktyabrda keçirsə, problem olmayacaq. Sentyabrda oynayacağı halda isə, işlər təxminən 60 faiz tamamlanmış olacaq".