Elvin Yunuszadə: Partizan bizdən güclü deyildi
29 avqust 2014 00:35
"Neftçi"nin futbolçusu Elvin Yunuszadə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Partizan" bizdən güclü deyildi. Sadəcə, bizim oyunumuz alınmadı. Qazonun da vəziyyəti bərbad idi. Əlbəttə, bu, bizim məğlubiyyətimizə haqq qazandırmır. Qrup mərhələsinə vəsiqə qazanmağı çox istəyirdik. İndi hər şeyə yenidən başlamalı olacağıq".
Bu komandalar arasında Belqradda keçirilmiş ilk oyunda da "Partizan" 3:2 hesabıyla üstün olmuşdu.