Fotoreportaj|Video|На русском

Futbol

“Qarabağ adının qrupda olması Azərbaycan üçün tarixi məsələdi"

29 avqust 2014 19:50

Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, Sadıqov müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.

- “Qarabağ” artıq Avropa Liqasının qrup mərhələsindədi. “Qarabağ”ın keçdiyi bu çətin yola birlikdə nəzər salaq...
- “Valletta”ya qarşı yaxşı oynadıq və növbəti mərhələyə adladıq. “Zalsburq”la oyunlarda da pis təsir bağışladığımızı düşünmürəm. Xüsusən də, ilk oyunda çox yaxşı oynamışdıq. Uşaqlarda özünəinam çox yüksək səviyyədə idi. Lakin qismət elə gətirdi ki, mübarizəni Avropa Liqasında davam etdirdik. Avropa Liqasının pley-off mərhələsindəki rəqibimiz “Tvente” təhlükəli komanda idi. Biz hər iki oyunda ağıllı oynamağa, qol buraxmamağa  çalışdıq. Sonluqda isə özümüzə sərf edən nəticəni əldə etdik. Çox çətin olsa da, biz bunu bacardıq.

- “Qarabağ” bir neçə dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırmışdı. İndiki “Qarabağ” öncəki “Qarabağ”ı hansı məqamlarda üstələyib, qrupa düşdü?
- Hər bir heyətin öz üstünlüyü var. Mən arada fərq qoymaq istəmirəm. Sadəcə, deyim ki, qrup mərhələsində oynamaq bu futbolçuların qisməti imiş. Mən komandanın uğuruna görə çox sevinirəm. Son 5-6 ildə arzum o idi ki, “Qarabağ” adı qrup mərhələsində olsun. Bütün futbol ictimaiyyəti “Qarabağ” adı ilə maraqlanacaq və bir daha əmin olacaqlar ki, “Qarabağ” Azərbaycanındı. “Qarabağ” adının qrup mərhələsində olması Azərbaycan üçün çox vacib, tarixi bir məsələdi.

- Qrup mərhələsi bizim üçün bir hədd olaraq, göstərilir. “Qarabağ”ın bu səddi aşmaq ehtimalı varmı?
- “Qarabağ” futbolçuları məşqçilər korpusu tərəfindən elə tərbiyələndirilib ki, biz heç vaxt uzunmüddətli plan qurmuruq. “Valletta” və “Zalsburq”la oyunlar zamanı heç vaxt qrup mərhələsini düşünmürdük. Biz sadəcə, “Tvente” ilə oyunlar zamanı qrup mərhələsini düşündük və bu işin öhdəsindən gəldik. Qrup mərhələsində 6 oyunumuz var. Çalışacağıq ki, hər bir oyuna maksimum dərəcədə köklənək və nəticə əldə edək.

- Qrup mərhələsinin oyunları üçün transferlərə ehtiyac varmı, yoxsa “Qarabağ”ın heyəti bu cür yarışda oynamaq üçün yetərlidi?
- “Qarabağ”ın heyəti yetərlidi. Transfer dövründə əsasən gənc futbolçulara üstünlük verdik. Cəmi 1 legioner oyunçu gətirdik. Düşünürəm ki, istedadlı futbolçuların heyətə cəlb olunması çox yaxşı haldı. Komandamızda həmin gənc futbolçuların inkişaf etməsi üçün yaxşı şərait var. Əgər bu gün komandaya çox sayda legioner gətirsək, gənc futbolçu harada oynayacaq? Azərbaycan futbolunun gələcəyini düşünmək lazımdı. Gənc futbolçulara bu gün Avropa Liqasının oyunlarında şans verməliyik, güvənməliyik ki, həmin oyunçular bir müddət sonra milli komandamıza xeyir verə bilsinlər.

- Qarşıda uzun və sıx marafon var. Avropa Liqasının qrup oyunları, Topaz Premyer Liqası, Azərbaycan Kuboku, Superkubok. “Qarabağ” üçün əsas vəzifələrdən bir məhz güclərin düzgün bölüşdürülməsi olmalıdı.
- Ümumiyyətlə, məşqçi korpusu Avropa Liqasının oyunları olanda güclərin düzgün bölüşdürülməsinə böyük önəm verib. Bu baxımdan təcrübəmiz var. Düşünürəm ki, çempionat oyunları bizim üçün ağır olacaq. Qrup mərhələsindəki oyunlarımız Premyer Liqadakı nəticələrimizə təsir edəcək. Lakin hesab edirəm ki, 23 oyunçumuz eyni məsuliyyətlə oynayacaq və bizdə hər hansı bir ciddi eniş olmayacaq.

- Avropa Liqasının qrup mərhələsini sizin karyeranızın pik nöqtəsi saymaq olar?
- Karyeramın yaxşı mərhələsidi. İdmanda pik nöqtə olmur. Karyeramın son vaxtlarında belə bir nəticə çox yaxşıdı. Amma yenə də irəli getmək istəyirəm.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah