Alfred Şreyder: Qarabağ bizdən daha təcrübəli idi
29 avqust 2014 00:55
Hollandiyanın "Tvente" klubunun baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Komandamız gənclərdən qurulub. Biz hər şeyə sıfırdan başlamışıq. Qarşımızdakı isə təcrübəli komanda idi. Onlar bizə qarşı necə oynamaq lazım olduğunu yaxşı bilirdilər. Qol buraxmamalıydıq və ələ düşən şanslardan maksimum yararlanmalıydıq. Amma bacarmadıq".
Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda 0:0 hesabı qeydə alınmışdı.