Nfor: Mən topa oynamışdım, rəqibə toxunmamışdım
28 avqust 2014 23:55
"Neftçi"nin futbolçusu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Qol vurmağa çalışırdım. Amma qazonun durumu buna mane olurdu. Təəssüf ki, hesabı bərabərləşdirdikdən sonra ikinci qolu vura bilmədik. Halbuki, bunun üçün çox çalışdıq. Qırmızı vərəqə almağıma gəlincə, bu barədə nəsə deyə bilmərəm. Mən topa oynamışdım, rəqibə toxunmamışdım. Top uğrunda mübarizə idi. Amma arbitr bunu qayda pozuntusu hesab etdi və qırmızı vərəqə göstərdi".
Bu komandalar arasında Belqradda keçirilmiş ilk oyunda da "Partizan" 3:2 hesabıyla üstün olmuşdu.