Qurban Qurbanov: Bu dəfə darıxdırıcı oyun olacaq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Enshededə keçirilmiş mətbuat konfransında bunları söyləyib:
"Beş il sonra yenidən bura gəlmək xoşdu. "Tvente"nin yaxşı stadionu, azarkeşləri var. Stadionun qazonu da əla vəziyyətdədi. Bu oyun əvvəlkindən fərqlənəcək. Fikrimcə, azarkeşlər darıxdırıcı oyunun şahidi olacaqlar. "Qarabağ" müdafiə futbolu oynamayacaq. Sadəcə, hər şey oyunun gedişindən asılıdı. "Tvente" güclü komandadı. İntizamlı futbol sərgiləyir. Rəqibin üstünlüyü öz meydanında oynamasıdı. Amma bu, bizim şansımızın az olması anlamına gəlmir. İntizamlı oynasaq, səhv etməsək, mərhələ keçə bilərik. Şanslar bərabərdi".