Qarabağ oyun günü də məşq etdi
28 avqust 2014 17:20
Bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiyada "Tvente"nin qonağı olacaq "Qarabağ" oyuna hazırdı. Azerisport.az xəbər verir ki, komandamız hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.
Dünən oyunun keçiriləcəyi stadionda 1 saatlıq məşq edən ağdamlılar bu gün sonuncu çalışmayla hazırlıqları bitirib. Qurban Qurbanov yetirmələrini yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 14:00-da) məşqə çıxarıb. Məşq 1 saat davam edib. Çalışmada Hollandiyaya aparılan 23 futbolçunun hamısı iştirak edib.
Artıq oteldə olan "Qarabağ"ın futbolçuları oyun saatını gözləyir.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" oyunu Bakı vaxtıyla 22:30-da start götürəcək. Bakıda baş tutan ilk oyunda hesab açılmamışdı.