Nildo XL ilə oyunda debüt edə bilər
28 avqust 2014 16:50
Topaz Premyer Liqasının 4-cü turunda səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "İnter" Lənkərana gedir. Azerisport.az xəbər verir ki, bu axşam komanda Lənkəran şəhər stadionunda son məşqə çıxacaq.
"İnter"in bu oyununda yeni alınan hücumçu Junior Nildo da iştirak edə bilər. O, belədə yeni komandasındakı debüt matçını sabiq klubuna qarşı keçirmiş olacaq.
"Bankirlər"in digər hücumçusu Sezar Meza Kollidən də xəbər var. Paraqvaylı forvard müalicəsini davam etdirir. Təxminən bir aya onun Azərbaycana qayıtması gözlənilir.