Yunanov dubl etdi, Rəvan qələbə qazandı
28 avqust 2014 15:40
Yeni mövsümdə 1-ci divizionda mübarizə aparacaq "Rəvan” hazırlıqlarını davam etdirməkdədi. Azerisport.az xəbər verir ki, paytaxt klubu dünən yay təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
"Aslanlar”ın budəfəki rəqibi MOİK klubu olub. "Bayıl Arena”da baş tutan matç "Rəvan”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın hər iki qoluna yeni transfer Amil Yunanov imza atıb. (klub saytı)