Millimizdən növbəti qələbə
27 avqust 2014 11:01
Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, "SV Kapfenberg " (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.
Komandamızın hər iki qolunu Fərid Nəbiyev vurub.
Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın "Simmering" klubunun U-16 komandasını 7:0 hesabı ilə məğlub etmişdi. (AFFA)