"Partizan mənim üçün adi rəqibdi"
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya "Partizan"ı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, serbiyalı qolkiper bunları söyləyib:
“Partizan”a qarşı Serbiya çempionatında da oynamışam, Avropa Liqasının qrup mərhələsində də. Hesab edirəm ki, indiki “Partizan” daha güclüdü. Düşünürəm ki, futbolçuları çox texnikalıdı və işlərini yaxşı bilirlər. Buna görə də biz oyuna çox yaxşı hazırlaşmalıyıq. Səfərdə uduzmağımıza baxmayaraq, məncə, 2:3 çox normal hesabdı. Biz sabahkı oyunda azarkeşlərin köməyi ilə qələbə qazana bilərik. “Partizan” mənim üçün adi rəqibdi. 2 il öncə Serbiyada məni yaxşı qarşılamamışdılar. Amma 1 həftə öncə keçirilən oyunda hər hansı bir etiraz pankartının şahidi olmadım. Çünki mənim bütün diqqətim oyunda idi. Məni serbiyalı azarkeşlər yox, “Neftçi”nin fanatları maraqlandırır. Onlar bizə yardım edəcəklər”. (PFL)