Partizan 19 futbolçu ilə gəldi
27 avqust 2014 17:10
"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Partizan" cavab matçı üçün Azərbaycana gəlib. Azerisport.az xəbər verir ki, Serbiya təmsilçisi bir neçə saat öncə Bakıya çatıb.
Qeyd edək ki, Belqrad klubu Bakıdakı qarşılaşma üçün Azərbaycana 19 futbolçu gətirib:
Qapıçılar: Milan Lukaç, Jivko Jivkoviç;
Müdafiəçilər: Miroslav Vuliçeviç, Nikola Qulan, Miloş Ostoiç, Nemanya Petroviç, Voislav Stankoviç, Branko İliç;
Yarımmüdafiəçilər: Saşa İliç, Petar Qrbiç, Darko Braşanaç, Andriya Jivkoviç, Danilo Pantiç, Nikola Nikoviç, Saşa Markoviç;
Hücumçular: Danko Lazoviç, Petar Şkuletiç, İsmael Fofana.
"Neftçi" - "Partizan" matçı sabah keçiriləcək və saat 21:00-da start götürəcək.