Deni Silva: Partizana Bakıda da qol vurmaq istəyirəm
27 avqust 2014 14:35
"Neftçi"nin müdafiəçisi Denis Silva Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna yaxşı hazırlaşmışıq. Bütün diqqətlər bu oyuna yönəlib. Meydana yalnız qələbə üçün çıxacağıq. "Partizan" güclü komandadı. Amma biz istənilən halda qələbə qazanmaq istəyirik. Buna yetəcək gücümüz də var. "Partizan"a səfərdə iki qol vurmuşdum. Bakıdakı oyunda da bu uğurumu təkrarlamaq istəyirəm. Ümid edirəm ki, qrup mərhələsinə məhz biz vəsiqə qazanacağıq".