Qarabağın Tvente heyəti
27 avqust 2014 01:25
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"si ilə cavab oyununda hansı heyətlə çıxış edəcəyi demək olar ki, məlumdu. Azerisport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov komandasını 4-2-3-1 taktikası ilə meydana buraxacaq.
İlk dəqiqələrdən meydana bu futbolçuların çıxması gözlənilir: İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Leroy Corc, Çumbinyo, Danilo Diaş, Reynaldo.