Xəzər Lənkərandan İnterə
23 avqust 2014 11:45
"Xəzər Lənkəran"ın transferə çıxardığı hücumçusu Junior Nildo Azərbaycanı tərk etməyəcək. Azerisport.az xəbər verir ki, o, karyerasını "İnter"də davam etdirəcək.
Braziliyalı forvard AZAL və "Simurq"dan da təklif alıb. Lakin seçimini "bankirlər"in lehinə edən Nildo yaxın günlərdə paytaxt klubu ilə müqavilə bağlamağa hazırlaşır.