Neftçi - Partizan matçına bilet satışı dayandırıldı
23 avqust 2014 13:20
"Neftçi" Tofiq Bəhramov adına Respublika stadionundan imtina etdi. Azerisport.az xəbər verir ki, bu gün stadiona baxış keçirən klub rəsmiləri cavab matçının Bakcell arenada keçirilməsinə qərar verib.
Bununla bağlı "Neftçi" UEFA-ya müraciət ünvanlayıb və hazırda cavab gözləyir.
Qeyd edək ki, stadionun dəyişdirilməsinə görə müvəqqəti olaraq "Neftçi" - "Partizan" görüşünə bilet satışı dayandırılıb. Cavab matçının stadionu dəqiqləşəndən sonra bilet satışı bərpa olunacaq.