Leroy Corc: Erkən əvəz olunmağımın səbəbini baş məşqçidən soruşun
"Qarabağ"ın yarımmüdafiəçisi Leroy Corcun azerisport.az saytına müsahibəsi
- Yəqin ki, "Tvente" ilə ev oyununda heç-heçəni arzulamırdız...
- Oyun haqda çox danışmaq istəmirəm. Sadəcə, onu qeyd edə bilərəm ki, bizim qol vəziyyətlərimiz oldu. Təəssüf ki, onları qolla tamamlaya bilmədik.
- Oyundakı ən gözlənilməz məqamlardan biri sizin 29-cu dəqiqədə əvəzlənməyiniz oldu. Niyə əvəzləndiniz?
- Bunu şərh etmək mənim işim deyil. Niyə əvəzləndiyimi komandanın baş məşqçisindən soruşun.
- Sizcə, Qurban Qurbanov buna cavab verəcək?
- Bəli, cavab verər. Bu, mənim problemim deyil.
- Həm "Qarabağ"ın, həm də "Tvente"nin futbolçuları qazondan narazı qaldılar. Siz də eyni fikirdəsiz?
- Qazon bu gün həqiqətən də yaxşı vəziyyətdə deyildi.
- Demək olar ki, qazonun pis olması "Qarabağ"ın oyununa mənfi təsir etdi?
- Bu, təkcə komandanın yox, eyni zamanda mənim də oyunuma təsir göstərdi.
- Səfər oyununda uğur qazanmaq şansınız var?
- Növbəti mərhələyə çıxmağa çalışaağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.