PFL Qarabağla Neftçinin oyunlarını təxirə saldı
22 avqust 2014 18:00
"Qarabağ"la "Neftçi"nin Topaz Premyer Liqasının 3-cü turundakı oyunları təxirə salınıb. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir: "Qarabağ” və “Neftçi” klubları Peşəkar Futbol Liqasına müraciət edərək, UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış etdiklərini və hər iki klubun ölkəmizi bu turnirin qrup mərhələsində təmsil etmək şansının yüksək olduğundan Topaz Premyer Liqasının 3-cü turunun “Araz Naxçıvan” – “Qarabağ” və AZAL - “Neftçi” matçlarının təxirə salınmasını xahiş ediblər. Yuxarıda göstərilənləri və yarışların əsasnaməsinin 3.19 bəndini nəzərə alaraq, Topaz Premyer Liqasının 3-cü turunun “Araz Naxçıvan” – “Qarabağ” və AZAL – “Neftçi” matçları başqa tarixə keçirilib".