Tventenin forvardı: Bu, həm bizə, həm də Qarabağa kömək edə bilər
22 avqust 2014 13:20
Hollandiyanın "Tvente" klubunun futbolçusu Yunes Moxtar Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan qarşılaşmanı belə şərh edib:
"Qələbə qazanmaq istəyirdik. Amma qol vura bilmədik. 0:0 cavab matçı öncəsi bizim üçün sərfəli hesabdı. Sizin stadionun qazonu pis vəziyyətdəydi, amma bizimki yaxşıdı. Bu, həm bizə, həm də "Qarabağ"a cavab matçında kömək edə bilər".