3-cü turun iki oyunu canlı yayımda
22 avqust 2014 12:55
Topaz Premyer Liqasının 3-cü turunun iki oyunu “İdman Azərbaycan” kanalı ilə yayımlanacaq. Azerisport.az xəbər verir ki, futbol azarkeşləri “Simurq” – “Xəzər Lənkəran” və AZAL – “Neftçi” oyunlarını sözügedən kanalın canlı efirində izləyə biləcəklər.
24 avqust (bazar)
“Simurq” – “Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mübariz Haşımov, Ziya Nəsirov
Zaqatala şəhər stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
25 avqust (bazar ertəsi)
AZAL – “Neftçi”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Bakı. “AZAL Arena”, 19:00 (canlı, “İdman Azərbaycan”)