Oğuz Çətin Junior Nildo ilə vidalaşdı
21 avqust 2014 12:55
"Xəzər Lənkəran" hücumçu Junior Nildo ilə vidalaşıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Oğuz Çətin onu əsas komandadan uzaqlaşdırıb.
Buna səbəb hücumçunun mövsümün startında özünü yaxşı tərəfdən göstərə bilməməsidi. Böyük ehtimalla braziliyalı futbolçu transferə çıxarılacaq. O, özünə yeni klub tapmayacağı halda isə, əvəzedici komandada çıxış edəcək.