Yığmamız AZAL üzərində qələbəyə sevindi
21 avqust 2014 12:00
AZAL Topaz Premyer Liqasında 3-cü turun oyununun bazar ertəsinə çəkilməsindən istifadə edərək yoxlama görüşü keçirib. Azerisport.az xəbər verir ki, “Bayıl Arena”da baş tutan görüşdə rəqib Azərbaycanın gənclərdən ibarət milli komandası (U-21) olub.
Baş məşqçi Tərlan Əhmədovun bütün futbolçulara şans verdiyi, əvəzedicilərdən çağırdığı oyunçuları da meydana buraxdığı matçda 1 qol vurulub. İkinci hissədə vurulan qol Azərbaycan U-21 millisinə qələbə gətirib. (klub saytı)