Amit Quluzadə Atletiko ilə müqavilə imzaladı
20 avqust 2014 21:00
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Amit Quluzadə bundan sonra karyerasını Portuqaliyada davam etdirəcək. Azerisport.az xəbər verir ki, son mövsümü "Qəbələ"də keçirən futbolçumuz bu ölkənin "Atletiko" klubuna keçib.
Amit sözügedən klubla iki illik müqavilə imzalayıb. Quluzadənin yeni komandası Portuqaliyanın gücünə görə ikinci olan Sequnda Liqasında çıxış edir.