Berti Foqts: Ümid edirəm ki, Qarabağla Neftçi qrup mərhələsində olacaq
19 avqust 2014 18:05
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts "Neftçi" və "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əgər biz Özbəkistanla oyuna tam heyətlə yığışsaydıq, Azərbaycan klubları avrokuboklardakı çıxışını başa vurmalı olacaqdı. Amma biz orada iki klubla təmsil olunuruq. Bu komandaların üzvləri yüksək səviyyəli iki oyun keçirməlidi. Ümid edirəm ki, hər iki komanda Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacaq".