Yeni könüllülərə təlim keçilib
19 avqust 2014 16:45
AFFA Könüllülük Proqramını inkişafı məqsədilə yeni könüllülərin qəbuluna start verib. Azerisport.az xəbər verir ki, "Bakcell Arena"da 100-dən çox yeni könüllülər üçün təqdimat və təlim təşkil edilib.
AFFA-nın Könüllülər üzrə koordinatoru Vüqar Rüstəmli AFFA-nın könüllülər fəaliyyətinin tarixi, Beynəlxalq Futbol Könüllülüyü Forumunun nəticələri, gələcək planlar və fəaliyyət sahələri barədə ətraflı məlumat verib.
Yeni könüllülər avqustun 20-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Özbəkistan yoldaşlıq oyununda iştirak edəcəklər. (AFFA)