Çixura - Neftçi matçının başlama saatı açıqlandı
1 avqust 2014 13:55
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq Gürcüstan “Çixura”sı və “Neftçi” arasındakı cavab görüşünün vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, avqustin 7-də Tiflisdəki "Mixail Mesxi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda tərəflər qolsuz bərabərliyə razılaşmışdı.