Fotoreportaj|Video|На русском

Futbol

Neftçi Avroliqada növbəti sınaq qarşısında

31 iyul 2014 00:12

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki çıxışını davam etdirən yeganə təmsilçisi "Neftçi" də növbəti sınağına çıxacaq.

Qeyd edək ki, digər təmsilçilərimizdən biri - "Qəbələ" Bosniya və Herseqovina "Şiroki Briyeq"inə elə ilk təsnifat mərhələsində uduzaraq (0:2, 0:3) mübarizəni dayandırdı. "İnter" isə birinci cəhdində Moldova "Tiraspol"una hər iki oyunda qalib gəlsə (3:2, 3:1) də, ikinci təsnifat mərhələsində İsveç "Elfsborq"u ilə bacarmadı (1:0, 0:1, penaltilərlə 3:4).

Avroliqaya Azərbaycan Kubokunun qalibi kimi qatılan "Neftçi" isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Böyükağa Hacıyevin komandası bu mərhələdə Sloveniya "Koper"inə evdə uduzsa da (1:2), səfərdə 2 cavabsız qolla qalib gələrək, mərhələ adladı. Bu mərhələdə isə təmsilçimizin rəqibi Gürcüstan "Çixura"sıdı. Hansı ki, bu komanda Avroliqanın ilk təsnifat mərhələsində Makedoniyanın "Turnovo" klubunu səfərdə 1:0, evdə 3:1 hesabıyla üstələyib. Növbəti qurban isə Türkiyənin "Bursaspor" klubu olub. Hər iki oyunda hesab açılmadığından qalib penaltilərlə müəyyənləşib ki, 4:1 hesabıyla üstün olan "Çixura" "Neftçi" ilə qarşılaşmaq hüququ qazanıb.

"Çixura" 1938-ci ildə yaradılmış klubdu. Adını şəhərin yanından keçən bir çayın adından alan Saçxere şəhərinin təmsilçisi ardıcıl olaraq son iki mövsümü Gürcüstan çempionatında 4-cü pillədə başa vurub. Bakılıların rəqibi son iki mövsümdə Gürcüstan Kubokunun finalına vəsiqə qazansa da, Tiflis "Dinamo"suna məğlub olublar. Bu klubun Gürcüstandakı ən böyük uğuru isə ötən il ölkə superkubokuna sahib çıxması olub.

Bu komanda son mövsümdə 32 matçda 13 qələbə, 7 heç-heçə ilə 46 xal toplamağa nail olub. Qalan 12 görüşdə məğlub olan "Çixura" 56 qol vurduğu halda, öz qapısından 50-sini buraxıb.

Gürcü klubu ev oyunlarını 2 min azarkeş tutumu olan "Central" stadionunda keçirir. Ancaq UEFA bu arenanı tanımadığından, qərb qonşularımız Avroliqa matçlarını paytaxt Tiflisdə yerləşən və 27 223 azarkeş tutumu olan "Mixail Mesxi" stadionunda keçirmək məcburiyyətində qalıb.
 
Gürcüstan təmsilçisinin avrokuboklardakı ən böyük uğuru elə bu mövsümə təsadüf edir. Ancaq ötən və bu mövsüm Avropa Liqasında vəsiqə qazana bilən komanda bu turnirdə ümumilikdə 8 oyun keçirib və 2 qələbə, 4 bərabərlik, 2 məğlubiyyəti olub. Rəqib ötən mövsüm Samson Fruidzenin başılığı ilə ilk təsnifat mərhələsində "Vaduts"u mübarizədən kənarlaşdırsa da, növbəti mərhələdə İsveçrənin "Tyun" komandasına məğlub olaraq, Avropa məcarasını başa vurmuşdu.

Maraq üçün qeyd edək ki, bu komanda "Neftçi" üçün elə də yad deyil. Belə ki, "ağ-qaralar" bu yay Türkiyədə təlim-məşq toplanışında olarkən "Çixura" ilə iki dəfə qarşılaşıb. Yoxlama matçlarının birində gürcülər 3:2 hesabı ilə qalib gəlib. Növbəti oyunda isə komandalar meydandan sülhlə ayrılıb - 1:1.

Göründüyü kimi, "Neftçi"nin budəfəki rəqibi də təxminən "Koper" kimi komandadı. Heç bir ciddi uğurları olmayan Sloveniya klubu kimi, "Çixura" da müdafiə futboluna üstünlük verib, əks-hücumlarda şans axtarır və komanda oyunu ilə sürpriz etməyə çalışır. Ümid edək ki, "ağ-qaralar" bu rəqibini də mübarizədən kənarlaşdıra biləcək və sensasiyaya imkan verməyəcək. İşə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə bu komandanı mübarizədən kənarlaşdırmaq olar. "Neftçi" cütün taleyinə böyük ölçüdə ev oyununda aydınlıq gətirməlidi. Bu mənada Böyükağa Hacıyevin komandası öz qapısını toxunulmaz saxlamaq şərtilə rəqib qapısına mümkün qədər çox qol vurmağa çalışmalıdı ki, bir həftə sonra Gürcüstanda keçiriləcək cavab görüşündə işi çətin olmasın. Bu, Azərbaycan klubunun tarixində ikinci dəfə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanması baxımından çox vacibdi.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 10.525 reytinq xalı var. Bu mövsüm ölkəmizə 0.750 xalı "İnter", 0.750 xalı ÇL-dəki təmsilçimiz "Qarabağ", qalan 0.250 xalı isə "Neftçi" qazandırıb. Ümidvarıq ki, bu gün keçiriləcək oyunda "ağ-qaralar" xal ehtiyatımızı daha da yaxılaşdıra biləcək.

"Neftçi" hazırda 8.075 xalla klub sıralamasında Avropanın 181-ci komandasıdı. Rəqibi "Çixura" isə 3.350 reytinq xalı ilə 320-cidi.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
(ilk oyun)
31 iyul

20:00. Neftçi - Çixura
Hakimlər: Kristian Balay, Sebastyan George, Ovidiu Artene, Katalin Sorin Popa (Rumıniya).
Hakim-inspektor: Jiri Ulrix (Çexiya).
UEFA nümayəndəsi (Vladislav Xodeyev  (Rusiya).
Bakı. "Bakcell Arena".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah