David Odikadze: Bakıya uduzmamaq üçün gəlmişdik
31 iyul 2014 23:40
Gürcüstanın "Çixura" klubunun futbolçusu David Odikadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən qarşılaşmanı belə şərh edib:
"Bura uduzmamağa gəlmişdik. Öz istəyimizə çatdıq. Bu, bizim üçün yaxşı nəticədi. Oyun özü ağır oldu. Artıq bizi cavab oyunu gözləyir. "Bursaspor"la oyunumuza 15 min azarkeş gəlmişdi, bu dəfə isə daha çox, təxminən 20 min azarkeş gələcək".