Çixura azarkeşləri Bakıda həbs olundu
31 iyul 2014 23:15
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Gürcüstan "Çixura"sı arasında Bakıda keçirilmiş ilk oyunda qonaq komandanın bir neçə azarkeşi polis tərəfindən həbs olunub. Azerisport.az xəbər verir ki, oyun bitən kimi təhlükəsizlik xidmətinin işçiləri ilə "Çixura" azarkeşləri arasında qarşıdurma yaranıb.
Nəticədə gürcü azareşlərin bir neçəsi polis tərəfindən həbs olunub.