Stamenkoviç: Çixuraya səfərdə qalib gələ bilərik
31 iyul 2014 22:35
"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çürcüstan "Çixura"sına qarşı keçirdikləri ilk oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən qarşılaşmanı belə şərh edib:
"Bəxtimiz gətirmədi. Çoxlu qol vəziyyətlərimiz oldu. Amma eybi yox. Qarşıda cavab oyunu da var. Biz "Çixura"ya səfərdə qalib gələ bilərik".