İngiltərə klubunun baş məşqçisi Hafiz Məmmədovdan siqnal gözləyir
31 iyul 2014 17:34
İngiltərənin "Şeffild Uensdey" klubunun baş məşqçisi Stüart Qrey bəyan edib ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovla alqı-satqı məsələsi tam yekunlaşmadığından, yeni transferlərlə bağlı qərarını müəyyənləşdirə bilmir. Azerisport.az xəbər verir ki, o, bu məsələ ilə bağlı aşağıdakıları söyləyib:
"Klub prezidenti Milan Mandariçin transferlərlə bağlı icazəsini gözləyirəm. Onlar yeni mövsümün start matçı olan "Brayton"la görüşə qədər komandanı gücləndirməyin necə vacib olduğunu yaxşı bilirlər. Mənə sadəcə, klubun yeni sponsorunun "okey, sən bu oyunçuları ala bilərsən" siqnalı lazımdı. Bəzi futbolçuların indiki qeyri-müəyyənliyə görə başqa klublara üz tutmasına görə çox üzülürəm".