Şahin Diniyev: Qarabağın Zalsburqu keçmək şansları var
31 iyul 2014 16:45
Azərbaycan millisinin sabiq çalışdırıcısı Şahin Diniyev "Qarabağ"ın "Zalsburq" üzərində qələbəsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox vacib qələbə idi. Matç zamanı üstünlük rəqibdə olsa da, "Qarabağ" qol vəziyyətlərini maksimum dəyərləndirdi və 2:1 hesablı qələbə qazandı. Komandamızda istək var idi. Rəqibin gücü haqda danışmağa ehtiyac yoxdu. Alman futbolu oynayırlar. İki qırmızı vərəqə cavab matçında işimizi çətinləşdirəcək. Səfərdə Bakıdakı oyunda olduğu kimi əzmkar mübarizə aparsaq, mərhələ adlamaq olar. Hamı başa düşür ki, Avstriyada oyun çox çətin olacaq. Futbolçuların ustalığı və bir qədər də bəxtimiz gətirsə, növbəti mərhələyə adlamaq olar".