Mircavadov: Müdafiədə etibarlı oynasalar, mərhələ keçmək olar
31 iyul 2014 15:15
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov "Qarabağ"ın "Zalsburq" üzərində qələbəsindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Qarabağ" ağıllı oyunla qələbə qazandı. Rəqibi yaxşı təhlil etmişdilər. İki real qol şansı oldu, komandamız hər ikisindən istifadə etdi. İkinci qola görə Reynaldonu xüsusi qeyd etmək lazımdı. Onun qələbədə rolu böyük oldu. Ümumilikdə, mərhələ adlamaq üçün şanslarımız yaxşıdı. Səfərdə "Zalsburq" 2-3 dəfə güclü oynayacaq. Reynaldo və Teli olmayacaq. Bununla belə müdafiədə etibarlı oynasaq, mərhələ adlamaq mümkündü. Futbolçular əzmkarlıq sayəsində pley-offa yüksələ bilər".