Qurban Qurbanov: Hamımız Neftçili olmalıyıq
31 iyul 2014 01:22
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sı ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Neftçi"nin futbolçularının bizim oyunumuza baxdığından xəbərim var. Onların oyununa gedib-getməyəcəyimi hələ bilmirəm. Çalışacam ki, gedim. Oyunçulardan bəziləri getmək istəyirlər. Danışıqlarından elə başa düşdüm. "Neftçi"nin bu komandanı keçəcəyinə inanıram. Sabah (bu gün) hamımız "Neftçi"li olmalıyıq".