Elvin Bədəlov: Çixuraya 2:0 hesabıyla qalib gəlsək, yaxşı olardı
"Neftçi"nin müdafiəçisi Elvin Bədəlov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çixura"ya hörmət etsək də, onlardan çəkinmirik. Əlbəttə, bizim üçün çətin rəqibdi. Nəzərə almaq lazımdı ki, onlar Türkiyə "Bursaspor"unu mübarizədən kənarlaşdıraraq bizə rəqib olublar. Amma gürcülər onlara qarşı bütün güclərini qoymuşdular. Biz isə o dərəcədə yorğun deyilik. Ümid edirəm ki, bu komandanı keçə biləcəyik. Bakıda 2:0 hesabıyla qalib gəlsək, yaxşı olardı. "Çixura" ilə bu yay keçirdiyimiz iki yoxlama oyununda qalib gələ bilməmişdik. Amma o oyunlar sadəcə, sınaq görüşləri idi. Bu dəfə isə rəsmi oyunlarda qarşılaşacağıq. Hər şey tam fərqli olacaq".