Qarabağ - Zalsburq: 19 000 bilet satıldı
30 iyul 2014 00:23
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Zalsburq" görüşünə bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, ötən günə olan məlumata əsasən, 19 000 bilet satılıb.
Ağdam təmsilçisi hər kassaya iki mühafizəçi təhkim etməklə biletlərin qiymətindən baha satılmasının qarşısını almağa çalışır.
Qeyd edək ki, bu oyunda "Zalsburq" da dəstəksiz qalmayacaq. Qonaqlar klubdan 500 bilet istəyib.
"Zalsburq"la birgə 11 jurnalist də Bakıya gəlib.