Besik Dekanoidze: Bakıda Neftçiyə qalib gəlmək istəyirik
Gürcüstanın "Çixura" klubunun hücumçusu Besik Dekanoidzenin azerisport.az saytına müsahibəsi
- Avrop Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaqsız. Bakıdakı ilk oyuna hazırsız?
- Biz hələ hazırlığımızı başa vurmamışıq. Matça qədər tam hazır olacağıq.
- İlk oyundan nə gözləyirsiz?
- "Neftçi" çox yaxşı komandadı. Amma bu, bizi qorxutmur. Çünki biz də növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik.
- Türkiyə "Bursaspor"unu keçdiyiniz kimi?
- Başa düşürük ki, "Bursaspor"u keçməyimiz böyük sensasiyadı. Biz oynadıq, sona kimi mübarizə apardıq və istəyimizə çatdıq.
- "Neftçi" ilə bu yay iki yoxlama oyunu keçirmisiz, heç birində də uduzmamısız. Bu komanda ilə rəsmi oyunlarda da eyni uğuru qazana biləcəksiz?
- Şübhəsiz ki, biz rəsmi oyunlarda da qələbə haqda düşünürük. Bakıdan qələbə ilə qayıtmağa çalışacağıq.
- Sizcə, bu, asan olacaq?
- Əlbətə, yox. "Neftçi" güclü rəqibdi. Bu komandaya da qarşı sonadək mübarizə aparmalıyıq.