Fotoreportaj|Video|На русском

Futbol

"Psixoloji vəziyyət o qədər də yaxşı deyildi"

30 iyul 2014 11:12

Hollandiya toplanışını yekunlaşdıran "Qəbələ" iki gün öncə vətənə dönüb. Komandaya mövsümlərarası fasilədə qoşulan yerli futbolçular - Ruslan Abışov, Cavid Hüseynov və Ruslan Əmircanov toplanışın ardından hazırlıq prosesi barədə fikirlərini klub saytı ilə bölüşüblər. Azerisport.az sizi həmin fikirlərlə tanış edir:

Ruslan Abışov: "Avropa Liqasındakı məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət o qədər də yaxşı deyildi. Amma Hollandiyada baş tutan təlim-məşq toplanışı komandanın toparlanması, özünə gəlməsi baxımından önəmli rol oynadı. Məşqlərimiz çox yararlı keçdi, güclü komandalarla qarşılaşdıq. Hal-hazırda komanda yaxşı vəziyyətdədi. Əhval-ruhiyyəmiz də düzəlib. Premyer Liqanın ilk oyununda - "İnter"lə matçda yaxşı nəticə göstərib çempionata uğurlu start vermək istəyirik. Bununla da bu uzun marafona hazır olduğumuzu göstərmək niyyətindəyik. Düzdü, komanda yeni formalaşıb, heyətdə yeni futbolçular çoxdu. Bu baxımdan komandanın tam formaya düşməsi, komplektləşməsi üçün bir az zamana ehtiyacımız var. İnanıram ki, çempionatın bir neçə turundan sonra hamının gözlədiyi "Qəbələ"ni görəcəyik".

Cavid Hüseynov: "Hazırlıq prosesimiz yüksək səviyyədə keçdi. Deyərdim ki, komanda həm fiziki, həm taktiki, həm də psixoloji cəhətdən hazır duruma gəldi. Gündəlik iki məşq etdik və güclü rəqiblərlə qarşılaşdıq. Yorğunluğumuz olsa da, məsuliyyətimizi dərk edərək məşqlərdə səylə çalışdıq. Bunun da faydasını çempionatda görəcəyik. Heyətdə yeni olsam da, komandaya tez uyğunlaşdım. İnanıram ki, gücümüzü birləşdirib "Qəbələ"ni hədəflərinə çatdıracağıq".

Ruslan Əmircanov: "Komandanın hazırkı durumunun yaxşı olduğunu söyləmək mümkündü. "Qəbələ" Hollandiya toplanışı boyunca keçirdiyi sınaq matçlarında güclü klublarla başa-baş mübarizə apardı. 90 dəqiqə boyunca rəqibləri ilə məzmunlu oyun göstərdi. Bu da komandanın həm fiziki, həm də psixoloji cəhətdən irəliyə doğru böyük addım atdığını deməyə əsas verir. Heyətdəki bütün futbolçuların və məşqçi heyətinin hazırlıq prosesinə ciddi yanaşması, məşqlərdə gərgin çalışması öz nəticəsini verir. Baş məşqçi meydançada da, meydançadan kənarda da intizama hədsiz önəm verir. Biz də bunun xeyrini görürük. Keçirdiyimiz oyunlarda komandanın güclü və zəif tərəflərini müşahidə etdik. "İnter"lə oyuna qədər çatışmayan tərəflərimiz üzərində işləyib qarşılaşmaya tam hazır olacağıq".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah