Çixuranın baş məşqçisi jurnalistlərin suallarını tərcüməçisiz cavablandırmaqdan imtina etdi
30 iyul 2014 18:58
Gürcüstanın "Çixura" klubunun baş məşqçisi Samson Fruidze sabah "Neftçi"yə qarşı keçirəcəkləri Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu öncəsi bu gün mətbuat konfransı təşkil etdirib. Lakin azerisport.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırmaq üçün tərcüməçi tələb edib.
Əks halda o, heç bir açıqlama verməyəcəyini bəyan edib. Buna səbəb onun rus dilində danışmaq istəməməsidi. Ona görə də azərbaycan və gürcü dillərini bilən tərcüməçinin vacibliyini diqqətə çatdırıb.
"Neftçi" tərəfi isə gürcülərin öncədən onların qarşısında belə bir tələb qoymadığını bildirib.