Böyükağa Hacıyev: Bu gün Qurban Qurbanova azarkeşlik edəcəm
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Çixura" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çixura"nın oyunlarına baxmışıq. Onlar "Koper"ə oxşardılar. Müdafiədən oynamağı xoşlayırlar. Biz bu komandanı keçəcək gücdəyik. Baxmayaraq ki, gürcülərin həmişə böyük futbolçuları olub".
Hacıyev həm də bəyan edib ki, bu gün UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın Avstriya "Zalsburq"u ilə ilk oyununa baxmağa hazırlaşır: "Öncə "Qarabağ"ın oyununa baxacam, sonra "Çixura" ilə məşğul olacağıq. Ağdam klubundakı dostlarımızı dəstəkləməliyik. Mən isə şəxsən Qurban Qurbanova azarkeşlik edəcəm. Əminəm ki, onun komandası "Zalsburq"u keçəcək gücdədi".