Kampl: Qarabağa hörmət etsək də, qorxmuruq
Avstriyanın "Zalsburq" klubunun hücumçusu Kevin Kampl Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim qarşımızda böyük bir hədəf var - Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik. Mən özüm də bu hadisənin bir hissəsi olmağı çox istəyirəm".
Kamplın sözlərinə görə, komandası hazırda əla formadadı: "Mövsümə gözəl başlamışıq. Çempionat və kubokda üç böyük hesablı qələbə qazanmışıq. Nəticələrimiz ürəkaçandı. Lakin komanda yoldaşlarımın növbəti rəqibimizi düzgün qiymətləndirməsini istərdim".
"Bizi Bakıda nə gözləyir? Rəqibimiz ev oyunlarını 30 min azarkeş tutumuna malik stadionda keçirir. Yəqin ki, arena dolu olacaq. Rəqibimizə hörmət etsək də, qorxmuruq. Fikrimcə, biz Avstriyaya yaxşı nəticə ilə qayıda biləcək gücdəyik".
"Qarabağ"dan sonra hansı klublarla rəqib ola biləcəyimiz barədə düşünmək istəmirəm. Bizim üçün ən vacib oyun növbəti qarşılaşmadı. Bu dəfə də elədi. Fikrimcə, düzgün yoldayıq".