"Rəvandan FİFA-ya şikayət etməyə hazırlaşıram"
29 iyul 2014 00:50
"Rəvan"ın sabiq futbolçusu Sohib Savankulov bəyan edib ki, keçmiş klubunun ona olan borcu hələ də ödənilməyib. Azerisport.az saytına açıqlamasında müdafiəçi bunları söyləyib:
"Rəvan"la iki illik müqavilə imzalamışdıq. Amma sadəcə, iki ayın maaşını ala bildim. Sonradan məni heç bir səbəb göstərmədən komandadan uzaqlaşdırdılar. Halbuki, buna görə onların kompensasiya ödəməsi lazım idi. Mən heç onu da istəmədim. Xahiş etdim ki, heç olmasa, oynadığım dövrün pulunu versinlər. Amma həmin 7000 dolları da ala bilməmişəm. Bu cür hərəkətlər təkcə bir klubu yox, bütün Azərbaycan futboluna zərbədi. "Rəvan"dan FİFA-ya şikayət etməyə hazırlaşıram".