Şveqler: Qarabağa qarşı belə azarkeşlər qarşısında oynamaq asan olmayacaq
29 iyul 2014 23:15
Avstriyanın "Zalsburq" klubunun futbolçusu Kristian Şveqler UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" kimi komandaya qarşı, özü də bu cür azarkeşlər qarşısında oynamaq asan olmayacaq. Amma biz öz futbolumuzu oynamağa çalışacağıq. Avstriya Bundesliqasındakı son oyunlarımızda hansı hesabla nəticə qazanmağımızın önəmi yoxdu. Hazırda bizim üçün qarşıdakı oyun daha vacibdi".